İnsan alverinə qarşı mübarizə haqqında

    7 fevral tarixində məktəbdə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının müvafiq bəndinin icrası məqsədi ilə məktəbin psixoloqu İradə Rzayeva IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirtdi. Psixoloq şagirdlərə insan alverinin bütün dünyada aktual problem olduğunu, bu istiqamətdə ölkəmizdə fəaliyyət proqramlarının qəbul olunduğu barədə məlumat verdi.Məktəbin kitabxanaçısı Rayifə Niftaliyeva şagirdlərə respublikamızda insan alveri qurbanları üçün sığınacaqların, reablitasiya mərkəzlərinin fəaliyyət göstərdiyinin və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı.
    Tədbirin sonunda şagirdlərə maarifləndirici bukletlər, kitabçalar, çap materialları paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi