Xəyallar aləminə səyahət

25 yanvar tarixində Logo Center PNİM-də uşaqlar üçün "Xəyallar aləminə səyahət" adlı masterklas təşkil olunmuşdur. Məktəbin müəllimi Yusibli Aybənizin də əməkdaşlığı ilə keçirilən tədbirdə uşaqlar öz əl işlərini təqdim etdilər. Tədbirdə eyni zamanda uşaqlarla intelektual və əyləncəli oyunlar keçirildi, şeirlər, mahnılar oxundu, rəqslər nümayiş olundu.
Tədbirdə məktəbi təmsil edən III"b" sinif şagirdi Novruzov Ayxan öz fərqli əl işlərinə görə I yerə layiq görülərək fərqlənmə diplomu ilə təltif olundu.