Yeni il şənliyi

    30 dekabr tarixində məktəbin II"b" sinif şagirdləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə şənlik keçirtdilər. Şənlikdə məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Şənlik Dövlət himni ilə başladı. Şənlik zamanı şagirdlər mahnı oxudular, şeirlər söylədilər və bəzədilmiş küknar ağacının dövrəsində rəqs etdilər. Şaxta Baba və Qar qızın hədiyyələri şənliyi daha da maraqlı etdi.
    Məktəbin direktoru Fəridə Şərifova müəllim, valideyn və şagird heyətini bayram münasibətilə təbrik etdi və şagirdlərə 2020-ci ildə dərslərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi