Şaxta Babadan hədiyyələr
Şaxta Baba I"b" sinif şagirdlərinin 24 dekabrda yazdıqları məktublarını alıb tez bir zamanda məktəbə yollandı və 29 dekabr tarixində uşaqların istəklərini yerinə yetirdi. Uşaqlar dərsə gələndə otaqda şam agacının altında öz hədiyyələrini görüb sevindilər. Şirinova Nuray, Bəbirzadə Mələk və Qurbanlı Mələk Şaxta Babaya aid şeirlər söylədilər. Bundan əlavə şagirdlər mahnı oxuyub, rəqs etdilər.