Azərbaycan dilindən viktorina

    17 dekabr tarixində IV"c" sinfində Azərbaycan dilinə həsr olunmuş viktorina keçirildi. Yarışmada məktəbin direktoru Fəridə Şərifova, tərbiyyə işləri üzrə direktor müavini Lətafət Kərimova, psixoloq İradə Rzayeva, kitabxanaçı Raifə Niftaliyeva və dil-ədəbiyyat müəllimləri iştirak edirdilər. Onlar həm də münsif heyətində əyləşmişdilər.
    Tədbir xalq artisti Z.Xanbabayevanın ifasında səslənən "Azərbaycan" mahnısı ilə başlandı. Uşaqlar Azərbaycana və Vətənə aid şeirlər söylədilər. Sonra "Odlar yurdu" və "Azərbaycan" komandalarının iştirakı ilə yarış başlandı. Yarışda 10 dilə, 10 məntiqə aid suallar səsləndi. Yarış "Azərbaycan" komandasının qalibiyyəti ilə bitdi. Məktəbin direktoru yarış haqqında fikirlərini söylədi. Uşaqlara hədiyyələr paylandı. Tədbirin sonunda şagirdlərin ifasında "Şirin dil" mahnısı oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi