Qobustan abidəsi
Qobustan Tarixi Bədii Qoruğu tariximizin daş yaddaşıdır. Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin 4ç sinif rəhbəri Sultanova Natavan müəllimə rəhbərlik etdiyi sinfin şagirdləri ilə birlikdə Qobustan abidəsinə ekskursiya ediblər. Muzeydə olan tarixi abidələrlə tanış olduqdan sonra şagirdlər bir neçə interaktiv oyunlarda iştirak ediblər (ox atmaq, qəpik düzəltmək, dulusçuluq və s.) Qobustan daşının üzərindəki qayaüstü təsvirlərlə, əlyazmalarla tanış olublar. Bu ekskursiya şagirdlərdə yüksək səviyyədə maraq doğurub. Şagirdlər bu tarixi abidəmizi daim öyrənib, onu qoruyacaqlarını bildirdilər.