Ekoloji problemlər mövzusunda “Ekolab” layihə olimpiadasının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin VII-XI sinif şagirdlərinin ekologiya elminə marağının artırılması, onların ekoloji problemlərin həllinə cəlb olunması, təbiətə qayğıkeş və humanist münasibətlərinin formalaşdırılması, ölkəmizin təbii sərvətləri, iqtisadiyyatı və ətraf mühiti haqqında ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, ekoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi eləcə də, bu sahədə şagirdlərin elmi axtarışlara sövq edilməsi, layihə, elmi - tədqiqat işinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi və onlarla məqsədyönlü iş aparılması məqsədilə ƏMR EDİRƏM: 1. Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin VII-XI sinif şagirdləri arasında 2016-cı ilin aprel-may aylarında 22 aprel – “Beynəlxalq Yer Günü”nə həsr olunmuş Ekoloji problemlər mövzusunda “Ekolab” layihə olimpiadası keçirilsin.2.Layihə olimpiadasının əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).3.Layihə olimpiadasının rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə tapşırılsın: Binəqədi və Nəsimi rayonları – Muğalova Mehriban (46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru).Yasamal və Nərimanov rayonları – Həsənov Məmmədəli (42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru)Sabunçu, Xəzər və Pirallahı rayonları – Yaqubova Tamilla (43 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru)Səbail və Qaradağ rayonları – İsmayılova İradə (44 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru)Suraxanı, Nizami və Xətai rayonları – Calalov Salam (45 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə Mərkəzinin direktoru)4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq layihə olimpiadasının yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.5.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) və İnkişaf layihələri sektoru (L.Şərəfxanova) layihə olimpiadasının yüksək səviyyədə keçirilməsini təmin etsin.6. Layihə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi müdir müavini N.Səfərovaya tapşırılsın.7.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.8.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi-informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin. 9.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin. Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun Fəaliyyət planı.Məhəbbət VəliyevaBakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri07 aprel 2016-cı il№151
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi