BŞTİ-nin təşkilatçılığı ilə Müəllimlər Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələrinin sədrləri, məktəb direktorları, müəllimlər, şagirdlər, məzunlar və media nümayəndələri iştirak ediblər.

Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Rəşad Tağıyev qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

R.Tağıyev təhsil sahəsində aparılan islahatlardan, dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. İdarə müdiri ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib, müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin təhsilə qayğını dövlət siyasətinin prioritetləri sırasına daxil etməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

İdarə müdiri qeyd edib ki, dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qızlar deyil, oğlanlar da müəllim peşəsinə daha böyük maraq göstərirlər.

Mərasimdə çıxış edənlər müəllimlik peşəsinin şərəfli peşə olduğu üçün bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd ediblər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.

Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə məktəb direktorları, müəllimlər, şagirdlər və məzunlar mükafatlandırılıb.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi