"Fikir hərfləri" layihəsi
17.05.2019 cu il tarixində məktəbimizdə "Fikir hərfləri" adlı yeni bir layihənin təqdimat mərasimi keçirilmişdir.Layihə ibtidai sinif müəllimi A.Gültəkinin rəhbərliyi altında 3a sinif şagirdləri tərəfindən təqdim olunmuşdur. Layihənin əsas məqsədi uşaqları zərərli vərdişlərdən uzaqlaşdırmaq,mobil telefonlardan uzunmüddətli istifadə etməyin qarşısını almaq,uşaqların marağını cəlb etmək üçün,eyni zamanda onların həm sözlü yaradıcılığını,həmdə təfəkkürünü inkişaf etdirməkdir.Uşaqlar çəkdikləri rəngarəng rəsmləri təqdim etdilər,şerlər söylədilər.Layihənin təqdimatında məktəbin direktoru X.Fərəcov, tərbiyə işləri üzrə irektor müavini S.Quliyev, d/h müdirləri R.Qurbanova,Ş.Balıyeva,S.Qurbanov,kitabxana müdiri Z.Həziyeva,psixoloq A.İbrahimova iştirak etmişdilər.