"Yaşa Azərbaycan" adlı tədbir.

28.05.2019 cu il tarixində Respublika günü münasibəti ilə məktəbimizdə tədbir keçirildi.5b sinif şagirdləri bu gün münasibəti ilə "Yaşa Azərbaycan"adlı tarixi bədii gecə hazırlamışdı.Şagirdlər tədbirdə aktiv iştirak etdilər.Onlar vətən və bayrağaaid Ulu Öndər H.Əliyevə aid şeir və mahnılar ifa etdilər.Onlar H.Əliyev fondunun dəstəyi ilə çəkilmiş və özündə bütün tarixi həqiqətləri əks etdirən "Son iclas" filmindən səhnəcik hazırlanmışdır.Bu səhnəcik tədbirə baxan müəllim  və şagirdlərin böyük marağına səbəb olmuşdu.Məktəbin direktoru F.Xəyyam və direktor müavinləri Q.Reyhanə ,Q.Xanım və B.Şəfəq şagirdlərin hazırladığı gecə barədə  öz fikirlərini söylədi və onlara gələcək işlərində uğurlar arzuladı.Sonda məktəbin fizika müəllimi 5 b sinifinin rəhbəri olan və həmçinin tədbirin əsas təşkilatçısı olan Q.Gülbəniz bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi