Mən XOCALIYAM!
Xocalı soyqırımının törədilməsindən 27 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalıda törətdikləri soyqırımı, insan təfəkkürünə sığmayan vəhşilikləri Azərbaycan xalqının tarixində qanlı iz qoyub. Bu qırğının dəhşətləri, erməni şovinistlərinin qadın, uşaq, qoca demədən günahsız insanları amansızlıqla qətlə yetirmələri bu gün də insanı dərindən sarsıdır. Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir.
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar ibtidai sinif müəllimi Mərziyə Səmədovanın rəhbərliyi ilə 4d sinif şagirdlərinin iştirakı ilə məktəbimizdə anım tədbiri keçirildi.
https://youtu.be/1V_VpHXuJ9g