Şahdağda qar sevinci

    Hər fəslin öz gözəlliyi olsa da, qış fəslinin öz ayrı bir gözəlliyi var. Onu gözəlləşdirən və bənzərsiz edən ən əsas özəlliyi "sahib olduğu" qar yağıntısıdır. İlin yalnız bu fəslində qar bizim "qonağımız" olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlayır. 

    Düzdür, bizim ölkəmizdə iqlim çox mülayimdir, amma bəzi regionlarımız isyisna təşkil edir. Uşaqlara bu sevinci yaşatmaq üçün 4d sinif şagirdləri sinif rəhbəri Səmədova Mərziyə müəllimin rəhbərliyi ilə 16.02.2019-cu il tarixdə Şahdağa üz tutdu. 

    Hər tərəfin ağ rəngə bürünməsi, təbiətin "yuxuya getməsi", daha sonra yaz fəslində oyanaraq hər tərəfi gül-çiçəklə insanları, eləcə də bütün canlıları yeni həyat eşqilə riqqətə gətirməsini müşahidə etməkdən daha gözəl heç nə ola bilməz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi