Şəhidlər xiyabanına və Hərbi Tarixi Muzeyə ekskursiya.

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Bu zirvəyə yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər.

Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrindən 29 il ötür. Şəhidlərimizin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, xalqımızın yaddaşına əbədi həkk olunub. Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib. Elə bu münasibətlə də Yanvarın 21-i  248 saylı məktəbin 3a sinif şagirdləri sinif müəllimi G.Adıgözəlovanın rəhbərliyi altında “Şəhidlər Xiyabanını” ziyarət etmişlər. Müəllim, valideynlər və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzmüşlər. Şagirdlər bir daha əmin oldular ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Şagirdlər  həmçinin  Azərbaycanın Hərbi Tarixi Muzeyində də oldular. Şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək məqsədilə  təşkil olunmuş bu ekskursiyada   Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatlarla tanış oldular. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan Ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış oldular. Onlar Şəhidlər Xiyabanında və Hərbi Muzeydə xatirə şəkilləri şəkdirdilər. Şagirdlər yüksək vətənpərvərlik hissilə məktəbə döndülər.

 

 

 

 

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi