Təhsil müəssisələrində bayram tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub. Həmçinin, təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri hazırlanıb.

Tədbirlərdə BŞTİ-nin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllim, şagird, valideyn və digər qonaqlar iştirak ediblər.

Bayram tədbirlərində məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi