ULU ÖNDƏRİN ANIM GÜNÜ

    Həyatının böyük hissəsini vətəninə, torpağına, xalqına həsr etmiş Ulu öndərimiz Heydər Əliyev hər zaman Azərbaycanlı olması ilə fəxr edib öyünmüşdür. İstər Azərbaycana rəhbərlik etdiyi illər ərzində, istərsə SSRİ adlanan bir imperiyada fəxri kürsülərdə fəaliyyət göstərdiyi zamanlarda belə onu Azərbaycan məhəbbəti, azərbaycançılıq hissləri bir an da olsa belə tərk etməmişdir.

    Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi fəaliyyət və iradə sonsuz vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, gözəl tarixi şəxsiyyət olan Heydər Əliyev millətini torpağını sevmiş, onu labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən xilas etmişdir.

    Ulu öndər müstəqil Azərbaycanımızın qüvvətli ordusu, üçrəngli bayrağı ilə öyünüb fəxr etmişdir. O, öz bariz irsi, tükənməz və coşub çağlayan əməlləri ilə qəlbimizdə əbədi bir abidə qoymuşdur:

    "Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi