Təmiz ekologiya-Sağlam həyat

    Biz hamımız müxtəlif vasitələrlə ətraf mühiti qorumağa çalışırıq. Kimsə məlumat verərək, kimsə də başqa resurslarla. 

    Təbiətin təmiz olması üçün havanı, torpağı və suyu çirkləndirməməliyik. Biz ekologiya məsələlərinə, ətraf mühitin ekoloji cəhətdən sağlamlaşdırılmasına böyük diqqət ayırmalıyıq.

    Zibilləməyin! Yol kənarlarında, metro stansiyalarının ətrafında siqaret kötükləri atılır, parklarda pikniklərdən sonra zibil yığını qalır, həyətlərdə isə hər tərəfdə pivə bankaları və çipsilərin paketləri atılır. Əlbəttə ətraf mühitə qayğı ilə yanaşmanı uşaqlıqdan tərbiyə etmək lazımdır, lakin bizim hər birimiz heç olmasa özünə nəzarət edə bilər-konfet kağızlarını maşının pəncərəsindən atmayaq, dostlarla piknikdən sonra sahəni təmizləyək.

    25 noyabr 2018-ci il tarixdə 4d sinif rəhbəri Mərziyə Səmədova sinfi ilə birlikdə Novxanı çimərliyində iməclik keçirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi