Binə atçılıq mərkəzinə ekskursiya
At muraddır, insanların dostudur. El arasında deyildiyi kimi at muraddır, at insanların sədaqətli dostudur. At həm də ən ali, ən dəyərli hədiyyədir.
İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. bu da atlara olan insan məhəbbətidir. Bakıda H.Əliyev adına İdman Oyunları Sarayının qarşısındakı xiyabanda ucaldılan at heykəli-monumental kompleks də diqqəti cəlb edir. Heykəl-kompeks, həm atda olan tükənməz gücü nümayiş etdirir, həm də yerin təkindən atəş Azərbaycan və gürcü xalqlarının əbədi qardaşlığının simvolu kimi təsvir olunmuşdur.
...Atları eramızdan əvvəl III minillikdə əhliləşdirməyə başlamışlar. Azərbaycanda atçılıqla qədim zamanlardan məşğul olmuşlar. İndi Bakı, Şəki və Qazax şəhərlərində atçılıq idmanının inkişafına geniş meydan verilmişdir. Bakıda beynəlxalq tələblərə cavab verən nəhəng ippodrom yaradılmışdır. Şübhə yoxdur ki, bu da ölkəmizdə atçılığın inkişafına böyük kömək edəcəkdir.
Unutmaq olmaz ki, at muraddır, at insanların ən yaxın və sədaqətli dostudur.
24 noyabr 2018-ci il tarixində İbtidai sinif müəllimi Mərziyə Səmədovanın rəhbərliyi ilə 4 d sinfi Binə Atçılıq Mərkəzində ekskursiyada olmuşlar.