Kitabın insan həyatında rolu

    Elə bir insan yoxdur ki, "Kitabın xeyri nədir?" sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli xəzinənin dəyərini bilmir.

     Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır.

    Dərs kitabları ilə məktəbə gedən hər bir insan tanış olur. Hər bir bədii kitab isə bir insandır, bir insan taleyidir. Sən yeni kitab oxuduqca yeni insanla, insan taleyi ilə tanış olursan. kitablarla tanış olduqca sən bir pillə ucalırsan.

    Bununla bərabər ədəb-ərkan qaydaları, gözəl əxlaqi dəyərlərə malik olmaq üçün ilk növbədə kitablara müraciət etməli olursan. Kitab oxuduqca insan özünü təkmilləşdirir, mənəvi dünyasını zənginləşdirir. Məşhur rus yazıçısı M.Qorki demişdir: "Məndə olan bütün yaxşı keyfiyyətlərə görə kitablara borcluyam". 

    Müxtəlif informasiya mənbələrinin olduğu müasir dövrdə sanki kitabların dəyəri azalmışdır. Gəlin buna yol verməyək. Gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qoruyaq, onlardan səmərəli istifadə edək.

    Bu mövzuyla əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “Роль книги в жизни человека” (“İnsan həyatında kitabların rolu”) mövzusunda tədbir keçirildi.

Tədbirdə Binəqədi rayon MKS-nin direktoru Rəna Bilyandarlı, 248 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Saleh Quliyev, ibtidai sinif müəllimi Mərziyə Səmədova və IV sınıf şagirdləri iştirak etdi.

İlk öncə kitabxanaya ekskursiya təşkil olundu. Məktəblilər Uşaq şöbəsi, Oxuculara xidmət şöbəsi və İnformasiya resurs şöbəsilə tanış oldular. Şagirdlərə kitabxanaya yazılmaq qaydaları, müddətin uzadılması və kitabxanada olan sərgilər haqqında geniş məlumat verildi.

Daha sonra məktəblilər “Разговор в библиотеке” (“Kitabxanada söhbət”), “История старого учебника” (“Köhnə dərsliyin tarixçəsi”), “Две книжки” (“İki kitab”) adlı səhnəciklər göstərdilər. 
Tədbirin məqsədi uşaqlar arasında mütaliə, kitaba marağın artıtılması və uşaqların kitabxanaya cəlb edilməsi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi