Təhsil müəssisələrində ağacəkmə aksiyası

 “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında paytaxtdakı ümumi təhsil məktəblərində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.

Məlum olduğu kimi, Təhsil Nazirliyi  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 17-də təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Bakı şəhəri 54 nömrəli tam orta məktəbdə keçirilən ağacəkmə aksiyasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva da iştirak edib. Tədbirdə çıxış edən nazir müavini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bu cür təşəbbüslərin mühüm əhəmiyyət kəsb etdiyini bildirilib. Azərbaycanda ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm verildiyini söyləyən M.Vəliyeva aksiyanın məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etmək baxımından da faydalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəslə ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.  

Bir həftə davam edəcək aksiyada təbii xüsusiyyətlər nəzərə alınaraq, 100 min şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və digər ağacın əkilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi