"ELM" muzeyinə ekskursiya

 Məktəbimizin rus bölməsinin 9-cu sinif şagirdləri 11.11.2018-ci il tarixdə "Hədəf" liseyinin nəzdində yerləşən "ELM" muzeyinə ekskursiyaya getdilər. 

    Qonaqlar  muzey işçiləri tərəfindən çox mehriban qarşılandılar. Şagirdlər muzeydə mühəndis Elçin Abbasovun əl işləri və düzəltdiyi qurğularla tanış oldular. Qurğuların yaranma ideyalarını Elçin müəllim şagirdlərə danışaraq onların çalışma mexanizmlərini izah etdi. Şagirdlər çox maraqla qulaq asır və müxtalif suallar verirdilər. Şagirdlər elə bil elmlə dolu sehirli bir aləmə düşmüşdülər.

    Daha sonra liseyin müəllimi Zöhrə xanım Cəfərova şagirdləri lisey binası ilə tanış etdi. Onlara Şəmil Sadiqin şeir kitabı hədiyyə edildi. Şagirdlərin bu günü maraqlı və səmərəli keçdi. Buna görə də sinif rəhbərləri və şagirdlər məktəbimiz adından liseyin müdiriyyətinə və müəllim kollektivinə öz dərin təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi