18 Oktyabr - Müstəqillik Günü
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 1 saylı kitabxana filialında 18 Oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar "Dövlət müstəqilliyi-firavan gələcəyə təminat" başlığı altında söhbət keçirildi.
Söhbət Azərbaycan Respublikasının Himni ilə açıq elan olundu. Söhbətdə 248 saylı tam orta məktəbin tərbiyyə işləri üzrə direktor müavini Saleh Quliyev, kitabxana müdiri Həziyeva Zülfiyyə, məktəbin ingilis dili müəllimi Samirə Həsənova dövlətimizin öz müstəqilliyini bütün dünyada tanıtmasından, beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilməsindən və dövlətimizin daha da inkişaf etdirilməsindən danışdılar. 248 tam orta məktəblin şagirdləri mövzu ilə əlaqədar şeirlər söylədilər və sonda sərgi ilə tanış oldular.