Mikayıl Müşfiq-110

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 1 saylı kitabxana-filialında "Mikayıl Müşfiq - 110" başlığı altında tədbir keçirildi.

Tədbirdə Binəqədi rayon MKS-nin direktoru Rəna Bilyandarlı, Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva, 248 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Saleh Quliyev, Uşaq birliyinin təşkilati rəhbəri  Şəhanə Vəliyeva və məktəbin VII, IX  və X sinif şagirdləri iştirak etdilər.

Tədbirdə Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, istedadlı şair Mikayıl Müşfiqin yaradıcılıq fəaliyyətindən danışıldı, şeirləri səsləndi, şeirlərinə bəslənmiş musiqilərə qulaq asıldı, tarda "Oxu, tar" musiqisi səsləndi. Sonda tədbir iştirakçıları şəkil çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi