Beynəlxalq uşaq günü
1 iyun 2018-ci il tarixində 248 saylı tam orta məktəbin akt zalında sinif rəhbəri Bağırlı Ülkərin rəhbərliyi ilə 4 b sinfinin “ 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ” ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbir sülh quşu- göyərçinin çıxışı ilə başladı. Daha sonra uşaqlar hər bir ölkəni dünyaya tanıdan milli musiqiləri, rəqsləri və idman növlərini nümayiş etdirdilər. Tədbirin şüarı olan “Uşaqlar müharibə ilə deyil, sülh ilə böyüsün” devizi bir çox dildə şagirdlər tərəfindən təqdim olundu. Tədbirin sonunda məktəb rəhbərliyi uşaqların çıxışını yüksək qiymətləndirərək şagirdlərin gələcək həyatlarında uğurlar arzuladılar.