Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir
Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Binəqədi rayonunun 248 nömrəli tam orta məktəbində olub. Əvvəlcə rektor M. Babanlı şagirdlər tərəfindən hazırlanan riyaziyyat, fizika, kimya və biologiya guşələri ilə tanış olub və şagirdlərin dəqiq elmlərə olan marağını və stendləri yüksək qiymətləndirib. Daha sonra rektor professor M.Babanlı Ümummilli lider Heydər Əliyevin 95 illliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbirdə Təhsil İdarəsinin və Binəqədi rayon icra hakimiyyətinin nümyəndələri, rayonun Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri həmçinin bir neçə orta məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirdə yuxarı sinif şagirdləri neft və neft sənayesinin inkişafı, həmçinin Ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına verdiyi töhvələr haqqında məruzələrlə çıxış ediblər. Məruzələrin şagirdlərin ifasında səslənən mahnı və şerləri ilə əvəzləndiyi tədbir zalda toplaşan müəlim, şagird və qonaqlar tərəfindən çox bəyənilib.
Şagirdlərin çıxışlarını və orta məktəbdə iki böyük tarixi hadisəyə həsr olunan tədbirin keçirilməsini yüksək qiymətləndirdiyini deyən rektor, professor M.Babanlı Azərbaycanın neft tarixindən, neft sənayesinin inkişafı barədə danışıb. Rektor M.Babanlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, həmçinin Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan bəhs edib.
248 nömrəli orta məktəbin direktor əvəzi Xəyyam Fərəcov öz çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən danışıb. Digər qonaqlar da öz çıxışlarında Azərbaycan Xalq Cümhuiyyətiin yaranmasının tarixi önəmindən danışıb, Ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müstəqil Azərbaycan xalqının qurucusu Heydər Əliyevin daim qəlblərdə yaşayacağını vurğulayıblar.
Tədbirin sonunda orta məktəbə xatirə hədiyyəsi təqdim edilib.