Paytaxt təhsil işçilərinin ağacəkmə aksiyası

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, məktəb direktorları, direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ağacəkmə aksiyası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ramana qalasının ətəyindəki yaşıllıq sahəsində təşkil olunan aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyev irsini davam etdirmək, yaşıllaşdırma ənənələrini daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ənənə halını alan bu cür tədbirlərin keçirilməsini yüksək dəyərləndirib. İdarə müdiri ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın digər sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirdiyini və genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

M.Vəliyeva müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasətin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb.

BŞTİ-nin müdiri Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görüldüyünü qeyd edib.

M.Vəliyeva IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyalarının ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Milli Məclisin deputatı D.Cəbrayılova və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini R.Fərəcova ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyalarının geniş vüsət aldığını və bu baxımdan BŞTİ tərəfindən təşkil olunan tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıblar. 

Sonra ulu öndər Heydər Əliyevin təbiətin qorunması və yaşıllıqların artırılmasının əhəmiyyəti haqqında çıxışından bir hissə səsləndirilib.

Qeyd edək ki, BŞTİ tərəfindən təşkil olunmuş aksiya zamanı müxtəlif növdə mindən çox ağac əkilib. BŞTİ-nin yeni yaradılan təsərrüfat qrupları yaşıllıq zolağı salınan ərazinin hazırlanmasında və ağacəkmə aksiyasının təşkil olunmasında yaxından iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi