“Məktəbdən başlayan həyat” layihəsi çərçivəsində 248 saylı məktəbdə təlim

Azərbaycan Respublikası Təhsil Nazirliyi , “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi , “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi , “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Anacan.az” ailə portalının təşkilatçılığı ilə “Məktəbdən başlayan həyat” layihəsi dəvam edir.

Layihə çərçivəsində Binəqədi rayonu, 248 saylı məktəbdə “Loqos” un Kadrlar şöbəsinin rəhbəri, psixoloq Aygül Məlikova tərəfindən “Şagirdin şəxsiyyət kimi formalaşması və bu dövürlərdə şagird, müəllim, valideyn münasibətlərinin tənzimlənməsi” , “Şagirdlərdə özgüvən və motivasiyanın yaradılması”, “Uşaqların təhsilə adaptasiyası” mövzularında təlimlər keçirilib.
Təlim zamanı şagirdlər tərəfindən ünvanlanan suallar cavablandırılıb və praktik oyunlar icra edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi