“Azərbaycan təbiəti və turizm” başlığı altında tədbir
01.05.2018-ci il tarixdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS-nin 1 saylı kitabxana filialı Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbdə Azərbaycanda turizm potensialının təbliği ilə əlaqədar “Azərbaycan təbiəti və turizm” başlığı altında tədbir keçirdi.
Tədbirdə Binəqədi rayon MKS-nin 1 saylı kitabxana filialının müdiri Almaz Ələkbərova, böyük kitabxanaçı Esmira Əliyeva, kitabxanaçı informasiya texnologiyaları üzrə mütəxəssis Nailə İsmayılova, Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Saleh Quliyev, müəllimlər Sevinc Canmirzəyeva, Nərgiz Məmmədova, məktəbin kitabxana müdiri Zülfiyyə Həziyeva iştirak etdi.
Binəqədi rayon MKS-nin 1 saylı kitabxana filialının müdiri Almaz Ələkbərova, böyük kitabxanaçı Esmira Əliyeva Azərbaycanın turizm potensialından, zəngin tarixi-mədəni irsindən, əlverişli təbii-coğrafi şəraiti və müasir istirahət mərkəzlərinin olmasından, zəngin flora və faunasından, Azərbaycanın gözəl təbiəti haqqında geniş danışdılar.
Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbin 8 “a” sinif şagirdi Jalə Babanlı “Azərbaycanın milli mətbəxi”, Qərib Kərimli “Azərbaycanda turizm” mövzusunda çıxışlar etdilər.
Mövzu ilə əlaqədar Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbin 5 “d” sinif şagirdi Aydan Həmidlinin Bakının tarixi abidələrini, görməli yerlərini özündə əks etdirən rəsm sərgisi nümayiş olundu.
Binəqədi rayon MKS-nin kitabxana fondunda olan Azərbaycan turizmini əks etdirən kitab sərgisinə baxış keçirildi.