"Oxu günü" layihəsi çərçivəsində ekskursiya
26.04.2018-ci il tarixdə Bakı Şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən parkda Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə birgə "Oxu günü" tədbiri həyata keçirilmişdir. "Oxu günü" uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunmuşdur.
"Gəlin birgə oxuyaq!" şüarı altında keçirilən tədbirdə Bakı şəhəri üzrə 40 ümumtəhsil məktəb və liseyin şagirdləri müxtəlif təqdimatlarla çıxış etmiş, bədii əsərlər əsasşnda səhnəciklər, pantomim tamaşalar və s. hazırlayaraq gələnlərin böyük marağına səbəb olmuşlar.
Tədbir çərçivəsində 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim etmişlər. Bununla əlaqədar məktəbin riyaziyyat müəllimi Canmirzəyeva Sevinc Əsgər qızı sinif rəhbəri olduğu 8a sinfinin kitabsevərləri ilə bu tədbirə qatılaraq xoş təəssürat və yaddaqalan bir günü öz həyatlarına həkk etmişlər.