Məktəb kitabxanasında "Oxu günü" tədbiri

"Oxu günü" layihəsi çərçivəsində,məktəbin kitabxanasında 20.04.2018-ci il tarixdə 8b sinif şagirdlərinin iştirakı ilə Məmməd Arazın vətənpərvərlik mövzularına həsr olunmuş şeirlərinin müzakirəsi   keçirildi. müzakirədə "Ayağa dur, Azərbaycan", "Ata millət, Ana millət ağlama", "Əsgər oğul" və bir çox şeirlər şagirdlərin dilində səsləndi. Tədbirin təşkilatçıları məktəb kitabxanasının müdiri Z.Həziyeva və 8b sinif rəhbəri E.Bağırova şagirdlərin dilindən səslənən fikirləri, baxışları diqqətlə dinləyərək,  şeirlərin yaranma səbəbləri və hədəflərini, bugünümüzdə onların aktuallığını, gənc nəslə verdiyi tərbiyəni və müasir Azərbaycan gənclərinin bu yolda öhdələrinə düşən  vəzifələri haqda şagirdlərə geniş və dolğun məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi