"Kimya-biologiya aylığı" çərçivəsində açıq dərs
Məktəbin biologiya müəllimi Tahirova Çiçək Məmmədbağır qızı 8b sinfində açıq dərs verdi. Dərsin mövzusu "Duyğu orqanlarının qüsurları"dır.
"Qoxu və dad" qrupu (lider Aslanlı Səidə) bu orqanlar haqda ətraflı məlumat verərək onlarda baş verə biləcək qüsurlar və onların aradan qaldırılması yolları barədə danışdılar. Belə qüsurlu məşhurlar haqda danışaraq qoxu və dad orqanları haqqında təcrübə apardılar.
"Göz" qrupu (lider Allahyarova Həmayil) bu orqan haqda məlumat verərək "Brayn əlifbası" hazırladılar. Daha sonra isə görmə orqanına aid təcrübə apararaq görmə qüsurlu məşhurlar haqda danışdılar.
"Hissiyyat" qrupu (lider Baxşiyeva Nurgül) Tədqiqatları və divar qəzetləri ilə yadda qaldı.
"Səs" qrupu (lider Babayeva Ülkər) qulaq xəstəlikləri və bu xəstəliklərə tutulmağın səbəbləri, onların müalicə yolları haqda geniş məlumat verdilər. qrupun hazırladığı "İşarət dilində mahnı" hamıda böyük marağa səbəb oldu. Daha sonra qrup üzvləri məşhur karlar haqda məlumat verdilər