"Fizika aylığı" ilə əlaqədar sərgi-təqdimat

Mart ayı məktəbdə "Fizika aylığı" elan edilmişdir. Bununla əlaqədar olaraq məktəbin foyesində "Fizika sərgisi" təşkil olunmuşdur. Sərgidə şagirdlərin hazırladıqları divar qəzetləri, təqdimatlar, əl işləri nümayiş etdirildi. Bundan başqa 8a sinif şagirdləri Babanlı Jalə buxarlanma üzərində təcrübə, Kərimli Qərib, İbrahimov Anar istilikkeçirmə, Məmmədli Vüsalə cazibə qanunu, Ələkbərova Hökümə atmosfer təzyiqi , Əzizova Pəri alternativ enerji mənbəələri, 8ç sinif şagirdi Cavadzadə Fərid mühərriklərin işləmə mexanizmi ilə əlaqədar müxtəlif təcrübələr apardılar. 9b sinif şagirdləri Zərbiyeva Səidə və Məmmədov Kamalın təqdimatları və hazırladıqları slaydlar da qonaqlarda böyük marağa səbəb oldu .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi