Novruz bayramı
Baharın gəlişi və Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar 19.03.2018-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyilə Binəqədi rayonu ərazisində yerləşən Heydər Əliyev adına Parkda "Novruz" şənliyi keçirildi. Yeddi pavilyona bölünən ərazidə hər pavilyon Azərbaycanın bir zonasını təmsil edirdi. 248 nömrəli tam orta məktəb 83, 99 və 100 nömrəli tam orta məktəblərlə birlikdə Gəncə-Qazax zonasının Cühhuriyyət dönəmində görkəmli tarixi şəxsiyyətlərini, o cümlədən milli mətbəxində, mahnı və rəqslərində, milli geyimlərində səciyyəvi xüsusiyyətlərini tərənnüm etdi. Rayon İcra Hakimiyyəti başçısı, rayonu təmsil edən deputatlar, səfirlər, bir sözlə bütün qonaqlar bu qonaqpərvərlikdən böyük məmnunluq hissi duyaraq tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdilər.