"Xocalının dünəni, bu günü, sabahı" mövzusunda dəyirmi masa
26.02.2018-ci il tarixdə "Xocalının dünəni, bu günü, sabahı" mövzusunda dəyirmi masa keçirildi. məktəbin 8 a sinif şagirdləri "Xocalı - Vətənimin dilbər guşəsi", "Xocalı soyqırımı - səbəbləri və nəticələri", "Müharibə uşaqları", "Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması" mövzuları ilə məruzələrlə çıxış etdilər. Dəyirmi masanın təşkil olunmasında məqsəd 26 fevral 1992-ci ildə Xocalıda Azərbaycan xalqının başına gətirilən vəhşilikləri, amansızlıqları bir daha göz önundə canlandıraraq bu faciənin unudulmasına yol verməmək idi. Məruzələrdən əlavə şagirdlər riyaziyyat müəllimi Sevinc Canmirzəyevanın və yexnologiya müəllimi Elman Xudiyevin rəhbərliyi altında düzəltdikləri "Xocalı dünən, bu gün, sabah" adlı 3 maketdən ibarət guşəni təqdim etdilər.