Riyaziyyat aylığı. Məktəb foyesində sərgi.
Bakı şəhəri Nizami Nərimanov adına 248 №-li tam orta məktəbdə yanvar ayında "RİYAZİYYAT və İNFORMATİKA" aylığı çərçivəsində "Riyaziyyat elmlərin şahıdır" adlı şagirdlərin əl işlərindən və təqdimatlarından ibarət sərgi nümayiş etdirildi. Bu sərginin keçirilməsində məqsəd riyaziyyatı əyləncəli və daha maraqlı yollarla şagirdlərə sevdirməkdir. Sərgidə məktəbin 1a, 2ç, 5-10-cu sinif şagirdlərinin ideyaları əsasında hazırlanmış layihələr nümayiş olunmuşdur. bu layihələrin hər birinin həll olunmasında riyazi bilik va məntiq tələb olunur. Təqdim olunan işlər şagird və müəllim kollektivi tərəfindən böyük maraqla qarşılandı. Sərgi üçün ayrılmış guşə "Riyazi həqiqətlər əbədidir", "Riyaziyyat elmlərin şahıdır", "Müstəvi fiqurları və riyazi düsturlar" adlı stendlərlə əhatə olunmuşdur.
8a və 9b sinif şagirdləri daha maraqlı təqdimatlarla yadda qaldılar. Babanlı Jalə "Azərbaycan riyaziyyatçılari" adlı təqdimatında AMEA-nın akademikləri, görkəmli Azərbaycan riyaziyyatçıları haqda geniş məlumat verdi. Jalənin etdiyi ən maraqlı təqdimat isə divar saatı siferblatında saat göstəricilərinin riyazi əməllər vasitəsilə təsvir edilməsi idi. Xudaverdiyeva Nurcan "Riyaziyyat və evimiz" və "Ədədlər və rəqəmlər" adlı təqdimatları da böyük maraqla qarşılandı. Məmmədli Vüsalə "Fəza fiqurlarının maketi"ni təqdim edərək onların həndəsi açılışını göstərdi. Riyaziyyat müəllimi Sevinc Canmirzəyevanın rəhbərliyi altında İbrahimov Anarın Pifaqor teoreminin isbatı üçün hazırladığı qurğu və özünün yaratdığı domino oyunu hamı tərəfindən rəğbətlə qarşılandı. Məktəbin musiqi müəllimi və tərbiyə işləri üzrə direktor müavininin rus dilində hazırladığı "Musiqidə riyaziyyat" slaydı şagirdlər tərəfindən maraqla dinlənildi.