20 yanvar şəhidlərinin anım mərasimi.

18 yanvar 2018-ci il Nizami Nərimanov adına 248 saylı tam orta məktəbin akt zalında sinif rəhbəri Bağırlı Ülkərin rəhbərliyi ilə 4 b sinfinin “ Qanla yazılan tarix” adlı anım tədbiri keçirilib.

Tədbir başlamazdan öncə şagirdlər sinif rəhbəri ilə birgə şəhid Nizami Nərimanovun büstü önünə çiçəklər qoyaraq 1 dəqiqəlik sükutla şəhidi yad ediblər.

Tədbir Dövlət himni ilə başladı. Himn bitdikdən sonra hər kəs şəhidləri 1 dəqiqəlik sükutla yad etdi. “Şəhid övladının həyatı” adlı musiqili səhnəcik ilə şagirdlər şəhid övladının keçdiyi keşməkeşli həyatı insanlara çatdırdı. Daha sonra tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və tamaşalarla davam etdirildi. Sonda məktəb direktoru Xəyyam Fərəcov bu tarixin ağrı-acısı haqqında şagirdlərə ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi