Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək.Təhsil nazirinin əmrinə əsasən, müsabiqə 2018-ci il 14-16 fevral tarixlərində təşkil olunacaq.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müsabiqədə iştirak edəcək şagirdlərinin mövzuları oktyabrın 1-dən etibarən www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn rejimdə qeydiyyatdan keçirilir. Məktəblilər tərəfindən təsdiqlənmiş mövzular üzrə aparılan tədqiqatların dekabrın 1-dək başa çatdırılması və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanmasının təmin edilməsi nəzərdə tutulur. Müsabiqənin Təlim Akademiyasına qatılmaq istəyən müəllimlər isə 2018-ci il yanvarın 15-dək onlayn qeydiyyatdan keçməlidirlər. Müsabiqənin əsas məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdən ibarətdir. “Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.Qeyd edək ki, “Sabahın alimləri” Respublika Müsabiqəsi 2012-ci ildən keçirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi