“Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsinin həyata keçirilməsi barədə

“Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 20.10.2015-ci il tarixli 1014 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə əmr edirəm: 1. “Zərdabi” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 20.10.2015-ci il tarixli 1014 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.2.İbtidai sinif şagirdlərinin oxuyub–anlama bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Zərdabi” layihəsinə cəlb olunacaq ümumtəhsil müəssisələrinin siyahısının təsdiq edilməsi nəzərə alınsın.3.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (L.Şərəfxanovaya) tapşırılsın:3.1 Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan və “Zərdabi” layihəsinə cəlb edilən 115 məktəbin fəal iştirakını təmin etsin (siyahı əlavə olunur);3.2 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün məktəbləri məzmunla bağlı tədris resursları ilə (31300 kitabça) təmin etsin;4.Təminat və təhcizat sektoru (Ş.İsgəndərov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin;5.Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.6.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) layihə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumatların BŞTİ-nin saytında yerləşdirilməsini təmin etsin. 7.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Vəliyevaya həvalə edilsin.Əsas: “Zərdabi” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 20.10.2015-ci il tarixli 1014 nömrəli əmri. Nazir müavini, Bakı Şəhəriüzrə Təhsil İdarəsinin müdirsəlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov04 noyabr 2015 – ci il № 277Əlavə: “Zərdabi–ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsinə cəlb olunmuş ümumi təhsil müəssisələrinin siyahısıhttp://bakuedu.gov.az/medicine/uploads/files/%E2%80%9CZ%C9%99rdabi%E2%80%93ibtidai%20sinif%20%C5%9Fagirdl%C9%99rinin%20oxu%20bacar%C4%B1%C4%9F%C4%B1n%C4%B1n%20inki%C5%9Faf%C4%B1%E2%80%9D%20layih%C9%99sin%C9%99%20c%C9%99lb%20olunmu%C5%9F%20%C3%BCmumi%20t%C9%99hsil%20m%C3%BC%C9%99ssis%C9%99l%C9%99rinin%20siyah%C4%B1s%C4%B1.pdf
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi