“Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi” başa çatıb

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” başa çatıb. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən badminton üzrə yarışların final mərhələsi ilə yekun vurulub.Tədbirdə çıxış edən “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, millət vəkili Adil Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Yay məktəbi”nin şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını bildiriblər.Daha sonra yarışlara start verilib. Yarışlara Bakı şəhəri üzrə “Yay məktəbi”nin əhatə etdiyi 12 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət badminton komandaları qatılıb. Seçmə yarışların nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57, 95, 284 və 286 nömrəli tam orta məktəblərin komandaları finala yüksəliblər. Final qarşılaşmasında 286 və 95 nömrəli tam orta məktəbinin şagirdləri yarışıb. Gərgin mübarizə şəkilində keçən oyunda 286 nömrəli tam orta məktəbinin şagirdləri qələbə qazanıb.Qalib komandaya kubok, II və III yeri tutan komandalara isə medal və diplom təqdim olunub.Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 1000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, idman yarışları və əyləncəli saatlar təşkil edilib. “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi