Təhsil Nazirliyində görüş

İyulun 21-də Təhsil Nazirliyində Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna seçilmiş bir qrup məktəbli ilə görüş keçirilib.Görüşdə təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak edib. Forum haqqında tədbir iştirakçılarına məlumat verən Aynur Sofiyeva bildirib ki, Uşaqların Ümumrespublika Forumu onların öz hüquqları ilə bağlı qərarların qəbul olunmasında iştirakını təmin etmək, uşaqlara öz problemləri haqqında təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə keçirilir.İştirakçılara uğurlar arzulayan təhsil naziri Mikayıl Cabbarov forumun keçirilməsini yüksək qiymətləndirib, bu tədbirin uşaqların ictimai fəallığının artırılmasında, müxtəlif layihələrdə iştirakının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.Daha sonra uşaqların fikirləri, təklifləri dinlənilib, onların sualları cavablandırılıb.Cari ilin noyabr ayında keçiriləcək forumda iştirak üçün ölkəmizin şəhər və rayonlarından bir qrup uşaq nümayəndə seçilib. Seçilmiş uşaqların fəallığını təmin etmək, forumda müzakirəyə çıxarılacaq mövzu üzrə onların biliklərini və problemə yanaşma tərzini təkmilləşdirmək üçün il ərzində uşaqların iştirakı ilə uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə tədbir, təlim və görüşlərin keçirilməsi nəzərdə tutulub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi