Məktəb seminarlarına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları:İlin yekunları və perspektivlər” mövzusunda “Dəyirmi masa”lara start verilib. İlk “Dəyirmi masa”lar Səbail və Qaradağ rayonlarının ümumi təhsil müəssisələri üzrə keçirilib.“Dəyirmi masa”larda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri iştirak edib.Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan “Dəyirmi masa”larda şagird nailiyyətlərinin izlənilməsi, məktəbdaxili qiymətləndirmə, davamiyyət, şagirdlərin yerdəyişməsi, müəllimlərin peşəkar inkişafı, məktəbdənkənar fəaliyyətlərin düzgün planlaşdırılması, 2016-2017-ci tədris ilində tətbiq olunan layihələr və digər mövzular ətrafında müzakirələr aparılıb. Bundan başqa, məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.Məktəb direktorları üçün keçirilən “Dəyirmi masa”da çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva şagirdlərin qiymətləndirilməsi, dərsə davamiyyətinin tənzimlənməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti barədə danışıb. Həmçinin, müəllimlərin dərs yükü, təmayülləşmə, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər məsələlərə toxunub. Məktəb direktorları qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndiriblər. Sonra müvafiq məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermə”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə, səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir. “Məktəb seminarları” təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” layihəsinin davamıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi