İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı

Ölkəmizdə keçirilən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək qalib olublar. Qaliblərdən biri də paytaxtdakı 248 nömrəli tam orta məktəbin XI sinif şagirdi Yuliya Stisyukdur. İstedadlı idmançı “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında üzgüçülük idman növü üzrə komanda daxilində III yeri tutaraq bürünc medalın sahibi olub. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına paytaxt məktəbliləri fəal şəkildə dəstək verib və müxtəlif formalarda yaxından iştirak ediblər. Belə ki, Bakı məktəbliləri yarışlara, həm də könüllü kimi qatılıb və oyunların təşkilində fəallıq göstəriblər. Həmçinin, “Məktəblinin dostu” layihəsi çərçivəsində bir çox tədris ocaqlarının şagirdlərinin IV İslam Həmrəyliyi Oyunlarını izləməsi təşkil edilib. IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq və oyunları ölkə ərazisində tanıtmaq məqsədilə kütləvi idman tədbirləri və şagirdlərlə görüşlər keçirilib.Bundan başqa, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərin iştirakıyla yürüş, fləşmob və konsert keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi