“Oxu günü” tədbiri keçirilib

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliyə marağının artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk günlərdən bir çox kitabları nəfis şəkildə nəşr etdirməyi öz prioritet istiqamətlərindən biri kimi seçib. Bu baxımdan Azərbaycan mədəniyyətini və milli dəyərlərini təbliğ edən nəşrlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Fondun nəşr etdiyi kitablar arasında uşaq ədəbiyyatı kitabları da mühüm yer tutur. Bu gün Fondun bu istiqamətdə layihələrini Heydər Əliyev Mərkəzi də uğurla davam etdirir.Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışıb. “Oxu günü”nün keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, bu tədbirin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu vardır.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi uşaqlarda mütaliə mədəniyyətini formalaşdırır ki, bu da bizim üçün sevindirici haldır. Tədbirdə paytaxtın 60-dək ümumi təhsil məktəb və liseyində təhsil alan şagirdlərin iştirak etdiyini deyən M.Vəliyeva söyləyib ki, “Oxu günü” çərçivəsində tanınmış qələm adamları öz imzalı kitablarını oxuculara təqdim edəcəklər. Artıq paytaxtımızda III “Oxu günü”nün keçirildiyini qeyd edən BŞTİ-nin müdiri tədbirin gələcəkdə ənənə halını alacağına ümid etdiyini bildirib.Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Xalq yazıçısı Çingiz Abdullayev, “Hədəf Nəşrləri”nin baş direktoru Şəmil Sadıqov çıxış edərək şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolunu qeyd edib, “Oxu günü” layihəsini yüksək qiymətləndiriblər.Tədbir iştirakçıları “Oxu günü”ndə iştirak edən tanınmış yazıçı və şairlərlə görüşüb, kitablarını imzalatmaq imkanı əldə ediblər.“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu günü”ndə paytaxtın ümumi təhsil məktəb və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılıb, pantomim tamaşa, kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olub. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş edilib.Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilib. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılıb, həm də güzəştli şərtlərlə satılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi