Nizami rayonundakı 220 nömrəli məktəb-lisey və Xətai rayonundakı 138 nömrəli tam orta məktəbdə loqopedik xidmətin təşkili haqqında
Azərbaycan Respublikası Təhsil nazirinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 18.03.2015-ci il tarixli, 311 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli, 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında” Əsasnaməni rəhbər tutaraqəmr edirəm1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 18.03.2015-ci il tarixli 311 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.2. Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəbin layihə üzrə pilot müəssisə təyin edildiyi və həmin müəssisələrdə loqopedik xidmət yaradıldığı nəzərə alınsın.3. Ümumi təhsil sektoru (A.Yusifov) pilot müəssisələrdə loqopedik xidmətin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında” Əsasnaməyə uyğun təşkilini təmin etsin.4. Təminat və təhcizat sektoru (Ş.İsgəndərov) layihənin tətbiqi ilə əlaqədar pilot müəssisələrdə zəruri təchizat məsələlərinin həlli istiqamətində tədbirlər həyata keçirsin.5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin tətbiqi ilə əlaqədar maliyyə məsələlərin həllini təmin etsin.6. İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) bu əmrin bakuedu.gov.az saytında yerləşdirilməsini təmin etsin.7. Ümumi sektor (S.Rəsulova) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aidiyyəti struktur bölmələrinə və pilot müəssisələrə çatdırılmasını təmin etsin.8. Nizami rayonundakı 220 nömrəli məktəb-liseyinin və Xətai rayonundakı 138 nomrəli tam orta məktəbin direktorları (A.Əsgərova və M.Mirheydərli):8.1. rəhbərlik etdikləri təhsil müəssisələrində “Loqopedik xidmət haqqında” Əsasnaməyə uyğun loqopedik kabinetlərin təşkili üçün müvafiq şərait yaradılmasını;8.2. 2015/2016-cı dərs ilindən loqopedik kabinetlərə defektoloqların mövcud qaydalara uyğun təyin edilməsini təmin etsinlər.9. Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Vəliyevaya tapşırılsın.Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 18.03.2015-ci il tarixli 311 nömrəli əmri. Nazir müavini, Baki Şəhəri üzrəTəhsil İdarəsinin müdir səlahiyyətlərinimüvəqqəti icra edən Ceyhun Bayramov