Novruz bayramı
Bakı şəhər N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin 2A sinfi milli bayramımız olan Novruz bayramının gəlişi ilə gəzinti təşkil etdi.Sinif rəhbəri Mehparə Axundova İçəri şəhər gəzintisi ilə başlayıb şagirdlərə onun tarixi ilə bağlı məlumatları çatdırdı.Daha sonra şagirdlər Şirvanşahlar sarayına üz tutdular.Burada bələdçilərin iştirakı ilə sarayla tanışlıq təşkil olundu.Bu gəzinti şagirdlərdə xoş təəssuratlarla yadda qaldı.