Pedaqoji Şura

31.01.2025-ci il tarixdə Bakı şəhəri N.Nərimanov adına 248 nömrəli məktəbdə “Məktəb Fəaliyyət Planı”na əsasən növbəti Pedaqoji Şura keçirildi.

Gündəlik məsələlər:
1. Məktəbdə 2024-2025-ci tədris ilinin I yarımilinin yekunları və II yarımildə qarşıda duran vəzifələr 
2. ⁠Cari məsələlər. 
Məruzə və çıxışları dinləyən Pedaqoji Şura qərara aldı:
I. I yarımilin nəticələri qənaətbəxş hesab edilsin. II yarımildə təhsilin keyfiyyətinə nəzarət gücləndirilsin. 
II. Məktəbdə təhsil keyfiyyətinin yüksəldilməsi üçün monitorinqlər təşkil edilsin. 
III. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Reyhanə Qurbanovaya, Sevinc Həsənovaya, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Saleh Quliyevə yeni təlim metodlarından, üsullarından istifadə olunmasına, məktəbdaxili nizam-intizamın, dərsə davamiyyətin yüksəldilməsinə nəzarəti gücləndirmək tapşırılsın. 
IV. Məktəbin IX və XI siniflərində buraxılış imtahanlarına hazırlıq işlərinə nəzarət artırılsın.

V. Elektron jurnalın yazılması tam təmin edilsin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi