Daxili İşlər Nazirliyi
16.01.2024-cü il tarixdə Bakı şəhər Binəqədi rayonu 248 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis kapitanı Fuad Nəzərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Cəfər Adıgözəlov iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyyələr verilmişdir.