Ekskrusiya - 3D
Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin 3D sinif şagirdləri dekabrın 6-sı Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskrusiyaya getmişdilər. Şagirdlər mərkəzin müxtəlif sərgi zallarına baxıb yeni məlumatlar toplamışdılar. Dərslikdə keçdikləri mövzuları orada əyani görüb daha yaxşı mənimsəmişdilər.
Mərkəzin sərgi zallarını gəzərkən ölkənin tarixi və mədəni irsini əks etdirən eksponatlar, arxeoloji nümunələri, Azərbaycan milli geyim və xalçalarını görmüşdülər. Bununla bərabər, Bakı və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən tarixi-memarlıq binalarının maketini görmüşdülər.