"Kern-Yerasik" metodikasının tətbiqi
I sinif şagirdlərinin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə "Kern-Yerasik" metodikasının tətbiqi ilə məktəbin psixoloqu Əfsanə Yəhyayeva tərəfindən məktəb kamilliyinin oriyentasiyası testi keçirilib. Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq insan şəklinin çəkilməsi, nöqtələrin və cümlənin düzgün köçürülməsi bacarıqları yoxlanılıb. Testin keçirilməsində məqsəd şagirdlərin intellektual inkişafı, dinləmə, anlama, görsəl yaddaş, kiçik motor bacarıqlarının, əl-göz koordinasiyasının, düşünmə bacarıqlarının öyrənilməsi, təlimdə geri qalan şagirdlərin aşkarlanıb dəstək olunmasıdır.