COP29-la bağlı tədbir

    Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbdə həmin məktəbin kimya-biologiya müəllimi Vəliyeva Nigar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ( COP-29) ilə əlaqədar tədbir təşkil etmişdir. 
    Tədbir məktəbimizin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Quliyev Salehin nitqi ilə açılışı elan olunmuş, sonra isə himn səsləndirilmişdir. 7A sinif şagirdləri Əliyev Ömər “COP-29” , Qasımzadə Nurlan “Yaşıl enerji nədir?”, Salayev Fərid “İqlim dəyişikliyi və onun canlı mühitə təsiri”, 7C sinif şagirdləri Həsənəliyeva Məlahət “COP-29”, Əsgərova Nuriyə “Yaşıl enerji nədir?”, Qurbanov İbrahim “İqlim dəyişikliyi və onun canlı mühitə təsiri”, Xansuvarlı Nihat “İqlim dəyişikliyinin qarşısını necə almaq olar?” və Məmmədli Zinyət “İqlim dəyişikliklərinin qarşısını almaq olar?” mövzularında çıxış etmişlər. 
    Sonda isə şagirdlərin mükafatlandırma mərasimi keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi