Eluca Atalı ilə

    İsveçdə yaşayan yazar,filosof Eluca Atalının 13 mart 2024 - cü ildə məktəbimizin 3A sinif şagirdləri ilə görüşü olmuşdu. Görüşdə "Ənqa quşu"və "Uzaq səfərin qəribə sonluğu"kitabı şagirdlərlə müzakirə olundu. Sinfin  müzakirələrdə aktivliyindən ilhamlanan yazar "Ağ göyərçin"ekoloji problemə həsr olunmuş pyes və " Uç,Ağ quşum" uşaq macəra kitabını yazıb. Hər iki kitab çapdadır. "Ağ göyərçin" əsərini Dr.Həmid Şehanegi türk dilinə çevirib. Əsərin Azərbaycan variantı Naxçıvanda Yeni Era teatrında tamaşaya hazırlanır. Hər iki əsərdə baş qəhrəman 3A sinfinin rəhbəri Həsənova Mətanət müəllimə  və sinif şagirdləri Şəhriyar və Türkeldir. Ötən həftə şagirdlərlə görüşən yazıçı yeni əsəri müzakirə etdi. Görüşdə 3A və 7A sinif şagirdləri iştirak etdi.Sənətşünaslıq üzrə fəlsəfə doktoru,Kitab və Naşirliyin inkişafına dəstək ictimai birliyinin sədri Nigar Sultanlı dagörüşdə öz fikirlərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi